“Çukur”un “İdris Koçovalı”sı 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli məşhur aktyor Ercan Kesal 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində
iştirak edir.
Cixisyolu.com xəbər verir ki, Ercan Kesal Yunus sərgidə Əmrə İnstitutunun stendində
kitablarını imzalayıb, oxucuları ilə müzakirələr aparıb. Aktyor, həmçinin,
“Cibimdəki çörək qırıntıları” adlı mövzuda çıxış edib.
Bununla yanaşı, Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində “Həkimlik
sənəti” mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini bölüşəcək.
Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı, ssenari müəllifi və
yazıçıdır. O, “Çukur” serialında “İdris Koçovalı” obrazı ilə daha çox
məşhurlaşıb. “Peri Gazozu”, “Velhasıl”, “Hekimlik Sanatları”, “Evvel zaman”,
“Cin aynası” və s. kitabların müəllifidir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilir. Sərgi noyabrın 11-də açılıb
və 15-nə qədər davam edəcək.
Daha çox foto burada: PhotoStock.az