“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyatı başa çatıb

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyatı başa çatıb

Baxış sayı: 2. 781 dəfə baxılıb.

Ləğv etmə prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti bu gün başa çatıb.

Bu barədə ÇıxışYolu.Com-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılmışdı.

Kreditorlar 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etməli idi.

www.ÇıxışYolu.Com