Saqqal Azərbaycanda o qədər populyarlaşıb ki, hətta bu yaxınlarda saaqal festivalı da keçirildi.
Bəs saqqal saxlayarkən nələrə diqqət etmək lazımdır?
Əvvəlcə onu qeyd edək ki, saqqal və bığ saxlayarkən diqqət edilməli olan ən önəmli faktorlar üz, dodaq və çənənizin formasıdır.
ÇıxışYolu.Com bütün bunları nəzərə alaraq 2018-ci ildə sizə örnək ola biləcək bir neçə saqqal və bığ modelini təqdim edir:
Hyu Cekmen tərzi: Yumru və kvadrat formalı simalar üçün uyğundur.
Dreyk tərzi: Hər üz forması üçün məsləhətlidir.
Aeron Teylor tərzi: Yumru və kvadrat üzlər üçün münasibdir.
Robert Dauney tərzi: Dar çənəli üzlər üçün uyğundur.
Halit Ergenç tərzi: Oval və kvadrat üz formaları üçün məsləhətlidir.
Conni Depp tərzi: Dar çənəli üzlər üçün münasibdir.
Skott Disik tərzi: Kvadrat və oval üzlər üçün uyğundur.
Ceyms Franko 70-ci illərin bığ forması: Nazik dodaqlı kişilər üçün məsləhətlidir.
Bred Pitt tərzi: Qalın dodaqlı kişilər üçün münasibdir.
Leonardo Dikaprio tərzi: Kvadrat və oval üz formaları üçün uyğundur.
Corc Kluni tərzi: Saqqal və bığla “əlləşmək” istəməyən hər üz, çənə və dodaq forması üçün məsləhətlidir.