Dəcəllik etdiyi üçün idmana yazdırıldı, 115 medal qazandı – VİDEO
Evdə dəcəllik etdiyi üçün 11 il əvvəl 6 yaşında ikən ailəsi tərəfindən
Konyadakı Uşu Kunq Fu dərnəyinə yazdırılan türkiyəli Sıla Özge Öden beynəlxalq
yarışlarda 115 medal qazanıb.
O, 2019-cu ildə Avropa Çempionu və Dünya ikincisi olub.
Hazırda “Meram Belediyespor” klubunun idmançısı və Konya İdman Liseyinin 12-ci
sinif şagirdi olan Sıla ilk zamanlarda bu nailiyyətləri gözləmədiyini bildirib.
“Haber Global” idmançı barədə maraqlı süjet hazırlayıb.