Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.
Qafqazinfo xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.
Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.