0bc91ee4-c2ea-4a20-b3a4-7c131b282c70..jpg

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən hakim qarşısında

Baxış sayı: 648 dəfə baxılıb.

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini,
Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur
Turkut barələrindəki hökmdən narazıdırlar.

“Qafqazinfo”nun məlumatına görə, bacılar ayrı-ayrılıqda apellyasiya şikayəti
veriblər. Onlar yuxarı instansiya məhkəməsindən bəraət qərarı çıxarılması xahiş
edirlər.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda
dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli
miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş
ziyan bir milyon manata yaxın hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il
müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib.

Source link