674fe00b-496a-4cfc-8b16-b5b2b3d0203f..jpg

Dələduzluq piramidası ilə minlərlə vətəndaşı aldadan şəxslərə HÖKM OXUNDU

Baxış sayı: 813 dəfə baxılıb.

Dələduzluq piramidası ilə minlərlə vətəndaşı aldadan şəxslərə HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların
külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal
Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovaya hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Xəyal Yaxyayev 15 il, Gülara
Abdullayeva 11 il 11 ay 28 gün, Yeganə Məmmədova isə 11 il 8 ay 28 gün
müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəmədən təqsirləndirilən
şəxslərdən Xəyal Yaxyayevin 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədovanın
isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova
qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə
vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham
olunublar.

Müəyyən edilib ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və
digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti
qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq
dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə
sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil
ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, əslində,
mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında
satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə
vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə
adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı
vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş
kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş
yüksək gəlirlər təklif ediblər, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları
və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət
Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci
(Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və
193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli
miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə
cinayət işi başlanıb.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Source link