Dələduzluq edərək hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs
saxlanılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz
hesabına 10 200 manat ödətdirməsi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə
şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.