Dələduzluqda ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Dələduzluqda ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Baxış sayı: 2. 117 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sərvər Şeyxovun (1971-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, “Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov ev almaq adı ilə iki vətəndaşın etibarından sui istifadə edərək, onlara qarşı 210 min manat məbləğində dələduzluq edib. 

Qeyd edək ki, Şeyxov bundan əvvəl də dələduzluq əməlinə görə məhkum olunub. Bundan əlavə, o dəfələrlə vergi və bank borcları ilə bağlı məhkəməyə verilib. Lakin borcları ödəməkdən boyun qaçırdığı üçün 2015-ci ilin avqust ayında barəsində axtarış elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qərara əsasən, zərərçəkmiş şəxslərin qaldırdığı mülki iddia təmin edilib.

www.ÇıxışYolu.Com