610c3052-689f-40a3-be13-c331e83b070a..jpg

Dələduzluqda təqsirləndirilən politoloq apellyasiya şikayəti verib

Baxış sayı: 703 dəfə baxılıb.

Dələduzluqda təqsirləndirilən politoloq apellyasiya şikayəti verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr
üzrə sabiq müşaviri Cəbrail Fərzəliyev barəsində olan hökmdən apellyasiya
şikayəti verib.

“Report”un məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
və C.Fərzəliyev barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə
araşdırılacaq.

Xatırladaq ki, Cəbrail Fərzəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına
əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə “Paşabank” ASC və Azərbaycan Respublikasının Gənclər
Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər
Fonduna, 342 min manat isə “Paşabank”a qarşı mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan
vurmaqla), 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə),
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda)
və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə
Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Source link