7f070385-5868-4d15-bfc0-b824d1e8faef..jpg

Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədri ev dustaqlığına buraxılıb?

Baxış sayı: 679 dəfə baxılıb.

Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədri ev dustaqlığına buraxılıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri
Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə növbəti
məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda
təqsirləndirlən şəxsin vəkili vəsatətlərlə çıxış edib.

Vəkil Aytac Əliyevanın səhhəti ilə bağlı olaraq ev dustaqlığına buraxılması
barədə vəsatət verib.

Məhkəmə heyəti vəsatəti təmin etməyib.

Proses oktyabrın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı
İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara
qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda
ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində
həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Source link