Dəməşqdə humanitar dəhliz atəşə tutulub: Ölənlər var

Dəməşqdə humanitar dəhliz atəşə tutulub: Ölənlər var

Baxış sayı: 2. 897 dəfə baxılıb.

Suriyanın paytaxtı Dəməşqin şəhərkənarı Şərqi Quta qəsəbəsində humanitar dəhliz atəşə tutulub. Azı beş nəfər həlak olub.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Suriyada düşmən tərəflərin barışığı üzrə Mərkəz”in rəhbəri Yuriy Yevtuşenko  bildirib.  

Onun sözlərinə görə, martın 12-də humanitar dəhlizlə 76 dinc sakin, o cümlədən 49 azyaşlını döyüş zonasından çıxarmaq mümkün olub.

Rəsminin sözlərinə görə, yerli sakinlər qəsəbəyə nəzarət edən üsyançı dəstələrə qarşı etiraz aksiyası keçirib, daha sonra isə humanitar dəhlizə doğru irəliləyib. Bu zaman yaraqlılar onları odlu silahlardan atəşə tutub.

“Nəticədə, əldə olan məlumata görə, beş nəfər həlak olub. Keçid məntəqəsi əvvəlki kimi bağlıdır”deyə Yevtuşenko əlavə edib.

.
www.ÇıxışYolu.Com