039c7cbf-ad0c-446d-8c51-a7105ee539c3..jpg

Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib

Baxış sayı: 610 dəfə baxılıb.

Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin dörd ayında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus dəmir yolu
keçidlərində 11 toqquşma hadisəsi baş verib.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, hadisələr nəticəsində üç nəfər xəsarət alıb.

Məlumata görə, ötən ilin eyni dövründə də 11 hadisə qeydə alınıb, iki nəfər
ölüb, bir nəfər isə xəsarət alıb.

“ADY bu cür halların qarşısını almaq üçün sürücüləri diqqətli olmağa, dəmir
yolu keçidlərindən qaydalar çərçivəsində istifadə etməyə çağırır”, – deyə
məlumatda qeyd olunub.

Source link