9e57a45f-a408-49dd-93ac-cf3dcf02ea52..jpg

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb – FOTO

Baxış sayı: 518 dəfə baxılıb.

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə istiqamətdə
əməliyyat tədbirləri keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis
Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmiryol Stansiyasında keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib
saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman
onun üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata
aid patron darağı və 10 ədəd 5,45 kalibrli patron aşkar edilərək götürülüb.

Polis şöbəsinə Dəllər-Şəmkir dəmir yolu xətti yaxınlığında silah-sursat olması
barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq
tədbirlər həyata keçiriblər. Bu zaman oradan iki ədəd “F1” əl qumbarası, bir
ədəd “UZRMQ” markalı partladıcı, iki ədəd “Çermuxa” markalı tüstü qumbarası,
dörd ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar
edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə
şəhər sakini özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü
təhvil verib.

Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik
maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis
Bölməsinə gətirilib, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş
marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source link