Dəmiryol Xəstəxanası necə fəaliyyət göstərəcək? – ÖZƏL AÇIQLAMA – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi
Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev Cixisyolu.com-a özəl açıqlamasında bildirib ki, xəstəxana
ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq:
“Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr
keçiriləcək”.
Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə
xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.
10:02
“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol
Xəstəxanası bağlanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda
çalışmağa üz tutublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi
Sənubər Nəzərova Cixisyolu.com-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin
2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun
Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir
sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına
verilib:
“Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq
təhvil-təslim işləri həyata keçirilir”.
İlhamə Əbülfət