Dəniz suyundan alınan təmiz suyun həcmi açıqlandı

Dəniz suyundan alınan təmiz suyun həcmi açıqlandı

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb və sutkalıq gücü 2000 kub.metr təşkil edir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksi mövzusunda keçirilən mətbuat konfransında ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Bildirib ki, müəssisədə bugünədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib. Bundan əlavə 1687995 kub metr həcmində təmiz su istehsal olunub.

Rasim Səttarzadə qeyd edib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb:

“Burada ildə 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci ildən başlayaraq tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

Nazirlik rəsmisi qeyd edib ki, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

.
www.ÇıxışYolu.Com