Dənizdə batan şəxslərlə bağlı axtarışlar davam edir
İyunun 28-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə altı nəfərin dənizdə batması barədə məlumat daxil olub.
ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, qaynar xəttə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfərin, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.