223e06e8-dc55-4c2f-9a2e-16076c08c2cf..jpg

Dərədə gizlədilən 39 kiloqram narkotik aşkarlanıb – FOTO

Baxış sayı: 804 dəfə baxılıb.

Dərədə gizlədilən 39 kiloqram narkotik aşkarlanıb – FOTO

Yardımlıda dərədə gizlədilən 39 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr,
psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz
dövriyyədən çıxarılıb.

Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı
rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb.

Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35
kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin
30 ədəd güclü təsiredici xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq
götürülüb. Araşdırma zamanı N.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən
narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik
vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu
müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Source link