Dərbənd icra başçısı ev dustağı edildi

Dərbənd icra başçısı ev dustağı edildi

Baxış sayı: 4. 827 dəfə baxılıb.

Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov məhkəmənin qərarı ilə tutduğu vəzifədən azad olunaraq ev dustağı edilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi rəsmi Telegram kanalında məlumat yayıb.

Qeyd edək ki, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.

Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.

Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.

www.ÇıxışYolu.Com