Dərbənddə terrorçunun öldürülmə anı – VİDEO

Dərbənddə terrorçunun öldürülmə anı – VİDEO

Baxış sayı: 2. 042 dəfə baxılıb.

Bir neçə gün əvvəl Dağıstanda həyata keçirilmiş anti-terror əməliyyatının həvəskar görüntüsü yayılıb

ÇıxışYolu.Com xəbər verir ki, “Liveleak” portalında yayılan görüntüdə Dərbənddə İŞİD qruplaşmasının liderinə beyət etmiş terrorçunun zərərsizləşdirildiyi an əksini tapır.

Kadrlarda evə sığınmış terrorçunun əlində İŞİD-in bayrağını tutduğunu görmək olur. Bir an sonra zirehli texnika evin divarını dağıdaraq terrorçunu dağıntılar altına qoyur. Ardınca isə həmin yerdə ard-arda bir neçə partlayış baş verir.

Ümumilikdə Dağıstanda ötən həftə keçirilən anti-terror əməliyyatında 11 terrorçu zərərsizləşdirilib. Onların  may ayında  müxtəlif şəhərlərdə diversiya və terror hücumları törətməyi planlaşdırdığı bildirilir.

.
www.ÇıxışYolu.Com