Dərmanlarla bağlı yeni TƏLƏBLƏR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına
alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə
olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol veriləcək.
APA-nın xəbərinə görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”
qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında
mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının
satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Dərman vasitələrinin
ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman,
ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin
sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və
əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərti ilə qablaşdırılması
hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman
vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə
idxalına, satışına və istifadəsinə yol veriləcək. Dərman vasitəsinin Azərbaycan
dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın
yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi
əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim
olunacaq.