Sankt-Peterburq sakini dəyəri bir milyard rubl (26 milyon 700 min AZN) olan sikkəni satışa çıxarıb. Bu barədə elan məşhur “Avito” saytında yer alıb.
Dəyəri iki rubl olan sikkə 2016-cı ildə Moskvada kəsilib. Elana görə, sikkənin unikallığı üzləri arasındakı nisbətindədir. Satıcı sikkənin kolleksiyaçılar arasında dəyərli ola biləcəyinə inandığını qeyd edib:
“Mən heç kimi aldatmıram və bu nadir sikkəni almağa məcbur etmirəm”.