Portuqaliya Sequndasında çıxış edən klubların baş məşqçiləri mövsümün ilk yarısı üçün ən yaxşı gənc futbolçu seçimini ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, “Eşturil”də çıxış edən 21 yaşadək millimizin üzvü Renat Dadaşov bu səsvermədə ikinci olub.
Gənc hücumçuya “Benfika”nın B komandasının baş məşqçisi Brunu Laqe və “Mafra”nın çalışdırıcısı Filipe Martins səs verib.
Ən yaxşı gənc futbolçu isə altı səs toplamış “Benfika”nın B komandasının 19 yaşlı hücumçusu Juta kimi tanınan Juan Filipe seçilib.
Qeyd edək ki, Renat Dadaşov bu mövsüm Sequndada 12 oyuna dörd qol vurub.