Dağıstan Dövlət Universitetinin rektoru: Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur

Baxış sayı: 2. 014 dəfə baxılıb.

Dağıstan Dövlət Universitetinin rektoru: Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur

Dağıstan Dövlət Universitetinə Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur.

Bu barədə universitetin rektoru Murtazali Rabadanov TASS-a müsahibəsində bildirib.

O, bu məsələyə xüsusi diqqət ayrıldığını vurğulayıb.

“Ənənəvi olaraq bizə Azərbaycandan tələbələr daxil olurlar. Onlar Mahaçqaladan əlavə, universitetin Dərbənd filialında da uğurla oxuyurlar… Əcnəbi tələbələr həm hökumətlərarası razılaşmaya əsasən büdcə əsasında, həm də pullu təhsil (xüsusilə qiyabi şöbədə) alırlar”.

Qeyd edək ki, 2024-cü ilə qədər Rusiyada “Elm” milli layihəsi çərçivəsində ən azı 15 dünya səviyyəli elm və tədris mərkəzləri yaradılmalıdır. DDU-nun da belə mərkəzlərdən birinin yaradılmasında iştirak etmək planları var.

Hazırda təhsil müəssisəsi Qafqaz-Xəzər bölgəsinin qlobal inkişafına dair elm və təhsil mərkəzinin yaradılması üçün sənədlər hazırlayır.