Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı döyüşçülərin başçısı öldürülüb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Əməliyyat Sumadinski rayonunda keçirilib. Döyüşçü təslim olmayaraq Federal Xidmətlər Bürosu əməkdaşlarına atəş açıb.
Qarşıdurma yerində çoxlu silah-sursat aşkar edilib. Hadisə zamanı yerli sakinlər arasında xəsarət alan olmayıb.