Dağıstan Respublikasının İzberbaş rayon məhkəməsi 21 yaşlı (bəzi məlumatlara əsasən 31 yaşlı) Azərbaycan vətəndaşı İlqar Vaqif oğlu Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib. O, “Nurçular” təriqətinə gəncləri cəlb etməkdə ittiham olunur.
ÇıxışYolu.Com Rusiya KİV-in istinadla xəbər verir ki, İlqar Əliyev Cinayət Məcəlləsinin 1, 1.1 maddəsi üzrə təqsirli bilinib.
Məlumata görə, o, Fətullah Gülənin Dağıstandakı imamı funksiyasını yerinə yetirirmiş.