7d18fd81-3371-4ad2-b49e-a4aa253b4005..jpg

Dağıstanda dəhşətli qəza: Xəsarət alan azyaşlılardan biri öldü – YENİLƏNİB + VİDEO

Baxış sayı: 526 dəfə baxılıb.

Dağıstanda dəhşətli qəza: Xəsarət alan azyaşlılardan biri öldü – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mahaçqalanın Semender kəndində (Dağıstan) avtomobilin kanala düşməsi
nəticəsində xəsarət alan iki uşaqdan biri dünyasını dəyişib.

Xatırladaq ki, hadisə səhər saatlarında baş verib. Dağıstan Respublikasının
Səhiyyə Nazirliyi bildirib ki, qəza nəticəsində səkkiz və on iki yaşlı iki uşaq
xəsarət alıb. Hər ikisi son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Respublika Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə
orqanlarının ilkin məlumatına görə, hadisə sürücünün idarəetməni itirməsi
nəticəsində baş verib.

Mənbə: iz.ru

04.02.24 19:17

Mahaçqalada idman məşqçisi və üç şagirdinin olduğu “Lada Priora” markalı
avtomobil kanala aşıb.

Məlumata görə, MMA üzrə məşqçi idarəetməni itirib, avtomobil suda batıb.
Sürücü və 14 yaşlı sərnişin sağ çıxa biliblər. Daha iki nəfər – 10 və 12 yaşlı
oğlanlar hadisə şahidləri tərəfindən batmış avtomobildən xilas edilib.

Hər iki uşağın vəziyyəti ağırdır, onlar süni nəfəs sisteminə qoşulublar.

Mənbə: gazeta.ru

Source link