5894b4ae-e52e-4689-8f8b-adca8285b556..jpg

Dağıstanda deputat saxlanıldı: 17 il əvvəl baş vermiş ikiqat qətl hadisəsində şübhəli bilinir

Baxış sayı: 742 dəfə baxılıb.

Dağıstanda deputat saxlanıldı: 17 il əvvəl baş vermiş ikiqat qətl hadisəsində
şübhəli bilinir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda Kızılyurt şəhərindən olan deputat Qamzat Şixabudinov saxlanılıb.

Deputat 17 il əvvəl baş vermiş amansız ikiqat qətl hadisəsində iştirak etməkdə
şübhəli bilinir.

Biznesmen Mirzə Maqomedovun qətli 2006-cı ilin avqustunda baş verib. Onun
“Mercedes-Benz” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında
iki VAZ markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. 41
yaşlı iş adamı Mirzə Maqomedovun avtomobilində onun 13 yaşlı oğlu da olub və
hər ikisi yerindəcə həyatını itirib.

Hadisə yerinə gələn polis o zaman müxtəlif çaplı 11 patron aşkar edib, qətlin
törədilməsinə əsas versiya kimi isə Maqomedovun maliyyə fəaliyyəti göstərilib.

Uzun illərdir qatillər və qətlin sifarişçiləri ilə bağlı axtarışlar
uğursuzluqla nəticələnib. Nəhayət, bu səs-küylü qətl işinə son qoyulması mümkün
olub. İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.
Saxlanılanlardan biri də Kızılyurt şəhər dairəsinin hazırkı deputatı Qamzət
Şixabudinov olub.

Hazırda müstəntiqlər tərəfindən onun cinayətdə bilavasitə rolu araşdırılır.
Əgər qətldə iştirakı sübuta yetirilərsə, Qamzat Şixabudinov 20 il müddətinə
həbs cəzası ala bilər.

Mənbə: “SHOT” “Telegram”

Source link