Dağıstanın Novolak rayonunda 150-dən çox sakin federal avtomagistralı bağlayıb.
ÇıxışYolu.Com “Kafkazskiy uzel”ə istinadən xəbər verir ki, Tuxçar kəndinin sakinləri işıqların mütəmadi olaraq kəsilməsinə etiraz edir.
Bundan əvvəl, martın 31-də bölgədə analoji problemlə bağlı son illərin ən kütləvi mitinqi keçirilmişdi.
Dağıstan prokurorluğu etirazçıların şikayətinə baxılacağını vəd edib.