Dağıstanın Kuletsma kəndinin başçısınn müavini pensiyaya görə saxta pasport məlumatları təqdim edib.
Dağıstan Respublikası prokurorluğunun məlumatına görə, 28 yaşlı məmur özünü 34 yaş “qocaldıb”.
Məmur saxta əmək kitabçası əldə edərək orada 1985-1996-cı illərdə kolxozda işlədiyini bildirib.
2018-ci ildən o, bu yolla 155 min rubl (4 min manat) pensiya alıb.
Prokurorluq məmura “Fırıldaqçılıq” maddəsi ilə cinayət işi açıb.