760638b9-f4c5-4b05-9961-ed965751956b..jpg

Dağıstanda ondan çox yaşayış evi yanıb

Baxış sayı: 509 dəfə baxılıb.

Dağıstanda ondan çox yaşayış evi yanıb

Dağıstanın Tsuntinski rayonunun yüksək dağlıq Xutrak kəndində ondan çox ev
yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi
məlumat yayıb.

“Hazırda 20-yə yaxın tikili yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar
Nazirliyinin qüvvələri və yerli əhali cəlb olunublar”, – idarədən bildirilib.

Alovun yayılmasının qarşısı alınıb, onun tam söndürməsi üçün işlər aparılır.

Yanğının səbəbi açıqlanmayıb.

Mənbə: life.ru

Source link