57d56bde-4730-47bc-a482-c9130505f08c..jpg

Dağıstanda partlayış: Güləş üzrə keçmiş Azərbaycan çempionu yaralandı

Baxış sayı: 390 dəfə baxılıb.

Dağıstanda partlayış: Güləş üzrə keçmiş Azərbaycan çempionu yaralandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda baş verən partlayış nəticəsində Buynaksk administrasiyası
rəhbərinin müavininin əli biləyindən amputasiya edilib.

Məlumata görə, 30 yaşlı Qəmzət Osmanov qumbaranın partlaması nəticəsində
yaralanıb. Həmin vaxt o, Buynaksk şəhərinin Çkalova küçəsindəki 27 saylı evin
binalarından birində olub.

Bildirilir ki, partlayış təsadüfi olub və Qəmzətin sol əli qopub. O, Buynaksk
xəstəxanasına aparılıb və əli amputasiya edilib.

Xatırladaq ki, Qəmzət Osmanov 2013-cü ildə sərbəst güləş üzrə Azərbaycan
çempionu olub. Hazırda Buynaksk administrasiyası rəhbərinin müavini vəzifəsində
çalışır.

Mənbə: Baza

Source link