Dağıstanda qadın yolun ortasında vəhşicəsinə öldürüldü – FOTO + VİDEO

Dağıstanda qadın yolun ortasında vəhşicəsinə öldürüldü – FOTO + VİDEO

Baxış sayı: 2. 466 dəfə baxılıb.

Dağıstanda qısqanclıq zəminində  dəhşətli qətl törədilib. Kişi küçənin ortasında qadının başını daş parçası ilə əzərək öldürüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RT məlumat yayıb

Rostov-Bakı avtotrasında baş vermiş tükürpədici qətl müşahidə kamerasının obyektivinə düşüb. Görüntüdə kişi qadını avtomobildən düşürərək, onu yolun hərəkət hissəsinə sürüyür.

Sonradan ona fiziki xəsarətlər yetirməyə başlayır. Qadın isə müqavimət göstərmir, sadəcə əlləri ilə üzünü bağlamağa çalışır.

Ancaq bu onu xilas etmir. Hirsi soyumayan kişi yolun kənarından beton parçası götürərək, var gücü ilə qurbanın baş nayihəsinə zərbə endirir.

Videoda beton parçasının zərbədən sonra parçalandığını görmək olur. Qatil bundan sonra  parçalanmış hissələrlə qadına xəsarət yetirməyə davam edir.

Yoldan maşınlar ötüb keçsə də heç kim, cinayət qurbanını xilas etməyə cəhd etməyib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

www.ÇıxışYolu.Com