8299b42d-3df6-4005-973c-69fafd7d0c7a..jpg

Dağlıq ərazilərdə qar yağıb – FAKTİKİ HAVA

Baxış sayı: 675 dəfə baxılıb.

Dağlıq ərazilərdə qar yağıb – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
məlumatına əsasən, martın 15-i axşamdan hava şəraiti dəyişib, bəzi yerlərdə
arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb, gecə
saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 10 sm, Xınalıqda 1 sm olub.

Düşən yağıntının miqdarı Şahdağ, Şəkidə 9 mm, Qaxda 7 mm, Tovuz, Zaqatala,
Qusar, Qrız, Şəmkir, Gədəbəydə 4 mm, Daşkəsən, Kürdəmir, Göygöl, Balakən,
Ağstafa, Oğuz, İsmayıllı, Ağsu, Altıağac, Şahbuz, Ordubad, Gəncə, Qəbələ,
Qobustan, Şamaxı, Quba, Şabran, Bərdə, Tərtər, Yevlax, Göyçay, Sabirabad,
Cəfərxan, Neftçala, Astara, Lənkəranda 3 mm-dək, Bakıda və Abşeron
yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Qax, Quba, Qusar,
Xaltan, Qrız, Yevlax, Lerik və Bakıda və Abşeron yarımadasında duman müşahidə
olunub.

Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu martın 15-də Bakıda və Abşeron yarımadasında 15,
Naxçıvan MR-də 20, Aran rayonlarında 17, dağlıq rayonlarda 13, yüksək dağlıq
ərazilərdə 3 dərəcəyədək isti olub.

Source link