Daha 17 ailə Laçına çatıb, onlara mənzillərinin açarları təqdim olunub –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç
karvanı Laçın şəhərinə çatıb.
“Report” xəbər verir ki, qarşılama mərasimdə Azərbaycan Respublikası
Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda
Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, bu mərhələdə Laçına daha 17 ailə – 63 nəfər köçürülüb. Bununla
da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin
edilib.
06:33
Laçının daha 63 sakini doğma yurda qayıdır.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi
köçkünlərin qayıdışı davam edir.
Noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu
Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17
ailə – 63 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən
tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması
təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova