177b32da-1b39-4eed-b429-c64849cf7f55..jpg

Daha 22 ailə doğma Füzuli şəhərinə qayıdır – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 470 dəfə baxılıb.

Daha 22 ailə doğma Füzuli şəhərinə qayıdır – YENİLƏNİR + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola
düşüb.

Cixisyolu.com-ın məlumatına görə, bu gün Füzuli şəhərinə daha 22 ailə (94 nəfər)
köçürülür.

06:39

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınır.

Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Füzuli şəhərinə
daha 22 ailə (94 nəfər) köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi
məskunlaşması təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link