041cc632-47ce-4498-8290-9645ba2fad13..jpg

Daha 25 ailə Füzuliyə qayıdıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 561 dəfə baxılıb.

Daha 25 ailə Füzuliyə qayıdıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı
“Qobu Park-3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 25 ailə olmaqla, 72 nəfər
Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

06:50

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Cixisyolu.com xəbər verir ki, noyabrın 24-də növbəti köç karvanı Bakı şəhərinin
Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 72 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezidentMehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad
ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması
təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link