Daha 700 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 700 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Baxış sayı: 2. 810 dəfə baxılıb.

Daha 700 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.