97fc5f7f-b4a8-4fb2-8037-3f9a64306693..jpg

Daha beş qadın dini ayin icraçısı məscidlərə təyinat aldı

Baxış sayı: 681 dəfə baxılıb.

Daha beş qadın dini ayin icraçısı məscidlərə təyinat aldı

Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri
“Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri
“Cümə” məscidlərinə təyin olunublar.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, komitə tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam
dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin
tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat
almış bir qrup qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüş zamanı ölkədəki dini durum,
dövlətin dini abidələrə və din xadimlərinə göstərdiyi yüksək diqqət və
qayğısından bəhs edib. Dini ayin icraçılarına müvafiq tövsiyələr verərək,
fəaliyyətlərində Azərbaycan reallığı və ölkəmizin tarixi dini ənənələrinin əsas
götürülməsinin vacibliyini diqqətə çatdırıb. M.Qurbanlı dini mərasimlər zamanı
islami dəyərlərin olduğu kimi təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri
dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi
sədrinin müvafiq əmri ilə Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”,
Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə”
məscidlərinə təyin olunublar.

Xatırladaq ki, bundan öncə təyinat almış 10 nəfər qadın dini ayin icraçısı
artıq respublikamızın müxtəlif şəhər və rayonlarında yerləşən məscidlərdə
fəaliyyət göstərirlər.

Source link