“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Polşada davam etdirə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, 29 yaşlı futbolçu yüksək liqada çıxış edən “Qurnyiq”in maraq dairəsindədir.
Zabje klubu “Visla”nın sabiq üzvünü Polşaya qaytarmaq niyyətindədir. Onlar yayda komandanı tərk edəcək Rafal Kurzavanın yoxluğunu məhz haitili futbolçu ilə doldurmaq istəyirlər.
Vild-Donald Qerye “Qarabağ”a ötən il “Alanyaspor”dan keçib. Haiti millisinin üzvü 2013-2016-cı illərdə Polşada “Visla”nın formasını geyinib və bu müddətdə 77 oyuna iyirmi qol vurub.
Qeyd edək ki, “Qarabağ” legionerlərdən artıq Pedro Enrike ilə yollarını rəsmən ayırıb. Digər braziliyalı futbolçu Rişard Almeydaya isə xaricdən sərfəli təklif var və “Qarabağ”ın millimizin futbolçusunu xaricdə oynamaq üçün buraxacağı gözlənilir.
S.T.
www.ÇıxışYolu.Com