Daha bir amerikalı reper güllələndi

Baxış sayı: 3. 081 dəfə baxılıb.

Daha bir amerikalı reper güllələndi

Nyu-Yorkda Hollywood Play hip-hop ifaçısı güllələnib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “New York Post” nəşri polisə istinadən məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı Frenk Snayder (əsl adı və soyadı) gecə klubu yaxınlığında boynundan və ayağından güllə yarası alıb. Atəş naməlum şəxslər tərəfindən avtomobildən açılıb. Təcili tibbi yardım briqadası musiqiçini xəstəxanaya çatdırıblar, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com