Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

Baxış sayı: 2. 402 dəfə baxılıb.

Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə mətbuata açıqlamasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev məlumat verib.

Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib ki, Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. 

“Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. 

Bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq.

Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericliyi var”, – deyə o mətbuata açıqlamasında bildirib.

www.ÇıxışYolu.Com