Daha bir cüdoçumuz dünya çempionatını mükafatsız başa vurdu

Baxış sayı: 2. 451 dəfə baxılıb.

Daha bir cüdoçumuz dünya çempionatını mükafatsız başa vurdu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir idmançımız mübarizəni dayandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bugünkü mübarizədə yalnız bir idmançımız mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda belaruslu Viktor Klyavusevə qızıl xal hesabına qalib gəlsə də, 1/8 finalda mübarizəni dayandırıb. O, dünya və Avropa çempionatlarının mükafatçısı olan macarıstanlı Kristian Tota Golden Score-da ipponla uduzub.

Qeyd edək ki, indiyədək yalnız bir idmançımız fəxri kürsüyə çıxa bilib. Bu, 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Hidayət Heydərovdur.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com