Daha bir fransalı tennisçi yarışlardan uzaqlaşdırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rəsmi saytında fransalı tennisçi
Maksens Brovilin yeddi il müddətinə diskvalifikasiya edildiyini açıqlayıb.
İdmançı 2017 və 2018-ci illərdə danışılmış oyunlarla bağlı ittihamlarla
üzləşib. Brovil bütün ittihamları rədd edib və ITIA-nın istintaqı ilə
əməkdaşlıq etməkdən boyun qaçırıb. Tennisçi yoxlama üçün şəxsi cihazlarını
təqdim etməyib. Diskvalifikasiyadan əlavə, Brovil 5 min dollar məbləğində
cərimə olunub.
Fransız idmançının diskvalifikasiya müddəti 2023-cü il iyunun 20-dən başlayır
və 2030-cu il iyunun 19-da başa çatır. Bu müddətdə fransıza ITIA üzv
təşkilatların tennis tədbirlərində oynamaq, məşq etmək və ya iştirak etmək
qadağandır.
Xatırladaq ki, ötən yay daha bir fransalı tennisçi Aleksis Musialek oyunların
təşkilinə görə ömürlük tennisdən uzaqlaşdırılıb.
Mənbə: TASS