“Neftçi” daha bir oyunçusu ilə yollarını ayırıb.
Klubun məlumatına əsasən, 32 yaşlı hücumçu Canluka Sansone ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Cari ilin fevralından “Neftçi”nin formasını geyinən C.Sansone 11 oyunda iki qol vurub.
Xatırladaq ki, paytaxt klubu bundan əvvəl kapitanı Ruslan Abışovla da yollarını ayırıb.