Daha bir gömrük rəisi işdən çıxarıldı

Daha bir gömrük rəisi işdən çıxarıldı

Baxış sayı: 2. 440 dəfə baxılıb.

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.

ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. 

S.Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib. 

İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb. 

Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. 

Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub. 

Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.

www.ÇıxışYolu.Com