Daha bir küçədə mikromobillik imkanları genişləndirilir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, görülən işlər çərçivəsində Dilarə Əliyeva küçəsində
mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
Eyni zamanda, zolaqlar boyunca yaşıl boya ilə işarələmə işləri aparılır.
Qeyd edək ki, İçərişəhər və Əziz Əliyev küçəsində də piyada zonası və
mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.