17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yarışa qatılacaq. Yığmamız bu məqsədlə gələn ay Bosniya və Herseqovinaya yollanacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Ramin Quliyevin yetirmələri UEFA-nın inkişaf turnirində mübarizə aparacaqlar.
Aprelin 10-da start götürəcək yarış beş günü əhatə edəcək. Millimiz turnirdə ev sahibləri Bosniya və Herseqovina ilə yanaşı, Xorvatiya və Makedoniya ilə üz-üzə gələcəklər.
Komandamız aprelin 3-də yığışacaq. Yığma Bosniya və Herseqovinaya isə aprelin 8-də yollanacaq.
S.T.
www.ÇıxışYolu.Com