b3495f5d-d6a8-4e8f-a607-24d200c12e7d..jpg

Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib

Baxış sayı: 951 dəfə baxılıb.

Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib

“Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edən 57 nömrəli
müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam
cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı
nağdsız qaydada həyata keçiriləcək.

“57 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki
vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə
bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların
istismara verilməsi Xətai rayonunun 10 min nəfərdən artıq əhalisi olan “Həzi
Aslanov” adlanan yaşayış sahəsi istiqamətində sərnişindaşımaların daha rahat və
təhlükəsiz formada təşkilinə imkan verəcək”, – deyə BNA bildirir.

Məlumata əsasən, sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı
müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir.

Source link