Xorvatiya avrozonaya daxil olmaq üçün rəsmi ərizə ilə müraciət edib. Bu barədə Politico nəşri yazır.
Xorvatiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı avrokomissar Valdis Dombrovskis və Avropa Mərkəzi Bankının prezidenti Mario Draqaya ərizə-məktub ünvanlayıblar.
Məktubda bildirillir ki, ölkə gələn ilin yayına kimi Aİ-nin valyuta (ERM-2) məzənnəsi Mexanizmi adlanan iki illik sınaq dövrünə daxil olmağı gözləyir. ERM-2 AMB-ni ölkənin pul-kredit və məzənnə siyasətinə görə məsuliyyətli edəcək.
Frankfurt və Brüssel hökumətə vahid valyutaya keçməyə də kömək edəcəklər.
Avrozonanın 19 ölkəsinin maliyyə nazirləri Xorvatiyanın ərizəsini Brüsseldə bazar ertəsi keçiriləcək görüşdə müzakirə edəcəklər. Avropa Mərkəzi bankı və avrozona üzvləri “yaşıl işıq” verdikləri təqdirdə, Zaqreb 2023-cü ildən tez olmayaraq avronun tətbiqinə başlaya bilər.